image-reklam-veteninfo
image-1backend

Qarabağda 1500 km yol tikilib – Prezident

image-reklam-veteninfo

Qarabağ və Şərqi Zəngəzurda qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir.

Vətəninfo.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciətində deyilir.

Prezident bildirib ki, indiyədək 1500 kilometrə yaxın yol tikilib, 11.7 kilometr uzunluğunda Murovdağ tuneli dünyada mürəkkəb dağlıq şəraitdə həyata keçirilən quruculuq işlərinin mühüm mühəndislik nümunəsinə çevrilib.

Dövlət başçısı qeyd edib ki, Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları istifadəyə verilib.

“Dəmir yollarının inşası davam etdirilir. Horadiz–Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi kimi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika əlaqələrinin genişlənməsində strateji əhəmiyyət daşıyır”, – Azərbaycan Prezidenti vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki