Qarabağda mənzillənmiş separatçılar arasında münasibətlər aratıq gərgin mərhələyə qədəm qoymağa başlayıb. Uzun zamandır Xankəndi və ətraf ərazilərdə ayaşayan dinc erməniləri girov saxlayan və onlardan öz məqsədləri üçün istifadə edən həmin separatçılar arrıq biri birlərini ittiham etməyə də start veriblər.
Vətəninfo.az xəbər verir ki, bir neçə gün əvvəl Qarabağda Rusiyanın adamı olaraq tanınan, bir müddət qondarma “dövlət naziri” kimi də özünü təqdim edən erməni milyarder Ruben Vardanyan videoçıxışını yayıb. O çıxışında Qarabağ separatçılarının rəhbəri Arayik Harutyunyanı tənqid və ittiham edib. Vardanyan Arayiki qırmızı xətləri keçməkdə də günahlandırıb. “O, hər gün bir söz danışa bilər. Əsas nə danışdığı deyil, bu danışığın insanlara etdiyi təsirdir. Bu gün Arayik Arutyunyanın çıxışları erməniləri daha çox ümidsizliyə düçar edir”.
Amma Vardanyan bununla da kifayətlənməyib. “Harutyunyan nə lider, nə də komandan ola bildir. Müharibəni uduzdu. Bu gün də Qarabağı açıq şəkildə Azərbaycana doğru itələyir. Biz buna dözə biləmərik. Bunun qarşısı alınmalıdır”.
Qeyd edək ki, Vardanyanın çıxışı Ermənistanda və separatçılar arasında böyük hay-küyə səbəb olub. Xankəndidəki separatçılar bu açıqlamadan sonra iki yerə bölünüb. Arayikin müxalifləri bildiriblər ki, Qarabağı Arayik və yanındakı 7 mafioz idarə edir. “Onlar “razborka”larla məşğuldurlar. Kimi cəzalandırmaq lazımdırsa, yığışıb qərarını verirlər”.