image-1backend

“Qarabağdan Rusiya deyil, Ermənistan imtina edib” -Putin

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putin Ermənistanla münasibətlərdə yaranan fəsadları Qarabağdakı vəziyyətlə əlaqələndirib. Onun sözlərinə görə, Qarabağdan imtina edən Rusiya deyil, onu Azərbaycanın bir hissəsi kimi tanıyan Ermənistan olub. Vətəninfo.az xəbər verir ki,  Putinin sözlərini “Kommersant” sitat gətirir.

“Qarabağdan Rusiya yox, Ermənistanın özü, üstəlik, öz təşəbbüsü ilə və Moskvaya məlumat vermədən imtina edib”, – Putin bildirib.

Sentyabrın 28-də Ermənistan prezidenti Samvel Şahramanyan qondarma rejimin buraxılması haqqında fərman imzalayıb və bu fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki