image-1backend

Qazaxın 4 kəndi ilə bağlı sürpriz qərar: Dəyişdirildi

image-reklam_sirab_01

Ermənistanda Qazaxın Azərbaycana qaytarılacaq Aşağı Əskipara, Qızıl Hacılı, Bağanıs Ayrım və Xeyrimli kəndləri ilə bağlı Vikipediya məqalələri redaktə olunub.

Vətəninfo.az  teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

“Vikipediyada 4 kəndlə bağlı axtarış apardıq. Həmin kəndlərlə bağlı yazılar bir neçə gün əvvəl redaktə olunub. Belə bir qeyd qarşımıza çıxdı: “Bu səhifə sonuncu dəfə 1 mart 2024-cü il saat 16:20-də dəyişdirilib”.

Əvvəlki mətnlər (qondarma – red.) yoxdur və Vikipediyanın ermənicə mətnləri azərbaycancaya dəyişdirilib. Adlar da Azərbaycan toponimləri (tarixi adları – red.) ilə qoyulub”, – məlumatda deyilir.

Ermənistan mətbuatı sözügedən kəndlərin tezliklə Azərbaycana təhvil veriləcəyini yazır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki