image-1backend

Qazaxıstan prezidenti Azərbaycana bu tarixdə səfər edəcək

image-reklam_sirab_01

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 11-12-də Azərbaycana dövlət səfəri edəcək.

Vətəninfo.az  “1news.az” saytına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel məlumat yayıb.

“İki günlük səfər zamanı Qazaxıstan və Azərbaycan arasında əməkdaşlığa dair bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır. Səfər çərçivəsində Qazaxıstan Prezidenti Füzuliyə də səfər edəcək və burada Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edəcək”, deyə o, əlavə edib.

Səfir onu da vurğulayıb ki, Qazaxıstan liderinin səfəri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərindən sonra xarici dövlət başçısının bu ölkəyə ilk səfəri olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki