“Brussel görüşü ətarfında eyforiyanı erməni mediası yaratmışdı. Onlar hesab edirdilər ki, ABŞ və Avropa İttifaqı erməniləri Qarabağa qaytaracaq. Ancaq Blinkenin İlham Əliyevə zəngi onu göstərdi ki, Qərb Cənubi Qafqaz siyasətində Azərbaycanla hesablaşır.”- bu fikirləri Azərbaycan Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, Brussel görüşünün əsas məqsədi sözsüz ki, gizlin qalıb.
“İnanıram ki, erməni cəmiyyəti anladı ki, Brussel görüşü adi bir görüşdür və bu görüş Ermənistana bəzi məsələlərdə yardımçı ola bilməz. Ancaq bu görüşdə qaranlıq qalan məsələ Ermənistanın əlaltı kimi Rusiyaya qarşı istifadə edilməsidir.”-deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomatrealda: