Fələstinin Telekommunikasiya şirkəti “Paltel” səhər saatlarında Qəzza zolağında rabitə və internetin tamamilə kəsildiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Fələstin Telekommunikasiya şirkəti “Paltel” “X” platformasında mövzuyla bağlı paylaşım edib.
Daha əvvəl bağlanmış beynəlxalq şəbəkənin yenidən kəsildiyini bildirən şirkət “Qəzza zolağında bütün rabitə və internet xidmətlərinin tamamilə kəsildiyini təəssüflə bildiririk” deyib.
Qeyd edək ki, oktyabrın 27-də İsrail ordusu ən şiddətli hava hücumlarından birini həyata keçirib. Güclü bombardmanlar nəticəsində Qəzzanı dünyaya bağlayan bütün kanallar məhv edilib.
“Paltel” şirkəti daha sonra Qəzzada kəsilən rabitə və internet xidmətinin tədricən bərpa olunduğunu açıqlayıb.


























