“Rosatom”un rəhbəri Aleksey Lixaçev sentyabrın 29-da İrəvana səfər edəcək. Vətəninfo.az xəbər verir ki, o, bu barədə “SputnikLive” verilişində bildirib.
Səfərlə bağlı razılıq Bişkekdə Nikol Paşinyanla Vladimir Putin arasında keçirilən görüşdə əldə edilib.
Liderlər yeni atom elektrik stansiyasının tikintisi məsələsini ətraflı müzakirə ediblər. Lixaçov bildirib ki, Ermənistanın kiçik modul reaktorların yerləşdirilməsi planları giqavattlıq reaktorların xeyrinə dəyişdirilə bilər. Bu məsələ ilə bağlı Ermənistanda müzakirə keçiriləcək.
“Respublikada proqnozlaşdırılan enerji kəsiri məlumat emalı mərkəzlərinin inkişafı, süni intellekt sistemlərinin istifadəsi və rəqəmsal iqtisadiyyat səbəbindən arta bilər. Enerji istehlakı ilə bağlı da nikbin proqnoz görürük. Lakin enerji artıqlığı olsa belə, Zaqafqaziyada ixrac üçün böyük bir sahə yaranacaq və Rusiya bunu dəstəkləməyə hazırdır”, – Lixaçev bildirib.


























