image-1backend

Rusiya buğdanın ixracına müvəqqəti qadağa qoydu

image-reklam_sirab_01

Vətəninfo.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya hökuməti bərk buğdanın ixracına müvəqqəti qadağa qoyub.

“Qərar ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəlib və daxili bazarda bərk buğda məhsullarının qiymətlərinin sabit saxlanmasına töhfə verəcək”, – məlumatda deyilir.

Müvəqqəti məhdudiyyət hökumətin sərəncamı dərc edildiyi andan qüvvəyə minir və 31 may 2024-cü il tarixinədək qüvvədə olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki