image-reklam-veteninfo
image-62318fd52f5b262318fd52f5b3164741525362318fd52f5b062318fd52f5b1-1backend

Rusiya MN: Ukraynada son sutkada 128 hərbi obyektə zərbələr endirilib

image-reklam-veteninfo

Rusiya Silahlı Qüvvələri Ukraynada son sutkada 128 hərbi obyektə zərbələr endirib.

Veteninfo.az-ın xəbərinə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

O həmçinin, Ukraynanın daha 2 Su-25 təyyarəsinin, 1 MiQ-29 təyyarəsinin vurulduğunu, 4 komanda məntəqəsinin, 7 silah anbarının məhv edildiyini qeyd edib.

“Əməliyyat zamanı ümumilikdə Ukraynanın 111 hərbi təyyarəsi, 68 helikopteri, 160 pilotsuz uçuş aparatı, 159 zenit-raket kompleksi, 1353 tankı və digər zirehli texnikası, 129 reaktiv yaylım atəşi sistemi, 493 səhra artilleriya və minaatanı məhv edilib”, – deyə Konaşenkov açıqlama verib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki