image-reklam-veteninfo
image-1backend

Rusiya qazı  Azərbaycandan keçərək İrana gedə bilər 

image-reklam-veteninfo

İranın Rusiyadakı səfiri Kazım Cəlali Tehran və Moskva arasında Rusiya qazının İrana daşınmasına dair danışıqlarda “çox uğurlu irəliləyiş” əldə edildiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, layihənin Rusiya qazının Azərbaycan ərazisindən keçməklə İrana ötürülməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulur.

Cəlali bildirib ki, 2024-cü ildə Rusiya qazının İrana nəqli ilə bağlı Anlaşma Memorandumunun imzalanmasından sonra İran Neft Nazirliyi ilə Rusiyanın “Qazprom” şirkəti arasında layihənin icrası üzrə danışıqlar intensivləşib.

Layihənin ilkin qaz nəqli gücünün ildə 55 milyard kubmetr, yəni gündə təxminən 150 milyon kubmetr olması planlaşdırılır. Cəlalinin sözlərinə görə, layihənin icrasına başlanacaq konkret tarix hələ müəyyənləşdirilməyib və bu, yekun müqavilədən və texniki məsələlərin həllindən asılı olacaq. (Tasnim News)




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki