Rusiyada işsizlik 4 ay ərzində 4,3% səviyyəsində qaldıqdan sonra yanvarda 4,4%-ə yüksəlib.
Bu barədə Rusiyanın Federal Dövlət Statistika Xidməti (“Rosstat”) məlumat yayıb.
2022-ci ilin yanvarında Rusiyada işsizlərin ümumi sayı 3,296 mln. nəfər təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 76 min nəfər çoxdur.
Qeyd edək ki, ötən ilin yanvar ayında Rusiyada işsizlik 5,8%, fevralda – 5,7%, martda – 5,4%, apreldə – 5,2%, mayda – 4,9%, iyunda – 4,8%, iyulda – 4,5% (pandemiyadan əvvəlki səviyyədən 0,2 bənd aşağı), avqustda – 4,4%, sentyabrda – 4,3% (1991-ci ildən bəri göstəricinin müşahidə olunduğu dövr ərzində 2019-cu ilin avqustunda qeydə alınana tarixi minimuma bərabər olub) təşkil edib. Oktyabr, noyabr və dekabr aylarında işsizlik sentyabr səviyyəsində qalıb (4,3%).
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin tapşırığına əsasən, hökumət 2021-ci ilin sonunadək işsizliyi böhrandan əvvəlki səviyyəyə (4,7%) endirməli idi.