image-reklam-veteninfo
image-1backend

Rusiyada məmurlara messencerlərdən istifadə qadağan edilir

image-reklam-veteninfo

Rusiyada məmurlara dövlət maraqlarının təhlükəsizliyini artırmaq məqsədilə xarici messencerlərdən, o cümlədən şəxsi məqsədlər üçün istifadə etmək tamamilə qadağan edilə bilər.

Vətəninfo.az xəbər verir ki, bu təşəbbüslə Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin sədr müavini, “Yedinaya Rossiya” partiyasının deputatı Anatoli Viborni çıxış edib.
“Biz elə reallıqlarda yaşayırıq ki, məxfi məlumatların sızmasının nəticələri geri dönməz ola bilər. Bu, rəsmi və digər məxfi sənədlərə çıxışı olan dövlət qulluqçuları üçün xüsusilə vacibdir”, – deyə Viborni “İzvestiya”ya müsahibəsində bildirib.

O, təklifi baş nazirin müavini, hökumət aparatının rəhbəri-nazir Dmitri Qriqorenkoya göndərib.

Rusiya hakimiyyəti rəsmilər üçün Telegram analoqunun yaradılmasına artıq bir milyard rubl ayırmağı planlaşdırıb. Şəbəkə messencerləri xarici xidmətlərlə əvəz etməlidir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki