image-thumbs_b_c_bf78fbab0d633919da51c90b14d7108bbackend

Rusiyanın tədrici gedişi ilə yaranacaq boşluq necə doldurulur?

image-reklam_sirab_01

Misir prezidenti Əbdülfəttah əs-Sisinin bölgəyə səfərindən əvvəl səfərin məqsədləri, Misirin yeni regional siyasəti və bu siyasətdə Azərbaycanın rolu haqda yazı ilə çıxış etmişdik. Səfər başa çatıb , bu məqsədlərə nə qədər nail olunduğu barədə ümumi qənaətlər bölüşmək olar.

Əvvələn, səfər formal olaraq Ermənistan prezidentinin dəvətilə baş tutsa da, Misirin bölgəyə marağın artması fonunda gerçəkləşib və ilk növbədə Misirin yeni regional xarici siyasətinə xidmət edir.

Ermənistana gəlincə, görünür, bundan sonra onun belə təşəbbüslərinə hazır olmaq lazım gələcək. Rəsmi İrəvan Qarabağ konfliktinin bitmədiyi görüntüsünü artırmağa, bu məqsədlə erməni lobbisinin və diasporunun güclü olduğu daha çox ölkənin konfliktlə bağlı danışıqlara cəlb etməyə çalışır.

Azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuat konfransı zamanı Sisi dialoqun və danışıqların əhəmiyyətini vurğulayıb, “müdrikliyin səsinə üstünlük verməyə” çağırıb.

İrəvanda erməni həmkarı ilə görüşü zamanı isə bildirib ki, Misir özü də regional münaqişələrdən keçərək “ötən əsrin 70-ci illərindən sülh yolunda dayanıb və bu yolda bir sıra maneələrlə qarşılaşıb”. O qeyd edib ki, ölkəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün səy göstərməyə hazırdır.

Misirli ekspertlərin fikrincə, son illərdə Bakıdan çox İrəvan Qahirəyə yaxın idi.

Misir diplomatiyasının fəal olmadığı Cənubi Qafqaz və Mərkəzi Asiyaya qəfil açılımı da marasqlıdır. Misir 50-70 ci illərdə ərəb Şərqində fəal idi, amma İsraillə imzalanmış Kemp-Devid sövdələşməsi ilə bu fəallıq bitmiş, bir müddət ərəb ölkələri tərəfindən boykot edilmiş, onun ərəb Şərqindəki yerini müəyyən qədər Səudiyyə Ərəbsitanı tutmuşdu. Qahirənin indiki fəallığı həm də Ərəb Şərqində nüfzunu bərpa etməyə, Türkiyə və İranı özüylə hesablamağa məcbur etməyə hesablanıb.

Təbii ki, Sisinin gəlişi sırf siyasi çəki yığma məqsədli səfər deyildi. Azərbaycanın Misirlə tarixi əlaqələri, ticarət, turizm əczaçılıq neft, aqrar sektorlarda əməkdşalıq imkanlarının geniş olması deyilir. Qarabağın bərpası layihələrinə maraq göstərilir. Qahirə eyni zamanda Azərbaycanın Avropaya enerji ixracı layihələrində maraqlıdır.Azərbaycanı və Ermənistanı nəqliyyat infrastrukturunda iştriraka dəvət edir.

Sisi Nyu Dehli və Bakıdakı danışılqlarda Qoşulmama Hərəkatına maraq ifadə edib. Demək, Bakının Qoşulmama Hərkətanı canlandırmaq təşəbbüsləri effektlidir, bu qurum yenidən beynəlxaq siyasətin mühüm iştirakçısına çevrilir.

Səfər və Misirin yeni regional siyasətindən danışarkən maraqlı ola biləcək bir neçə naünsa da diqqət emək lazım gəlir. Bölgədə yeni ittifaq arayşlarından biri Hind-İbrahim Birliyi adlanır, 2022-ci ilin iyununda Hindistan, İsrail, Amerika Birləşmiş Ştatları və Birləşmiş Ərəb Əmirliklərinin daxil olduğu qrupun (I2U2) liderlərinin görüş də keçirilmişdi. İ2U2 Bayden administrasiyasının təşəbbüsü ilə bütün dünyada Amerikan tərəfdarı ittifaqları canlandırmaq səyləri çərçivəsində yaradılıb.

Qahirənin yenidən fəal regional siyasətə dönüşü Qərbin maraqlarından kənar deyil. Ola bilsin Qərb də sırf Türkyiənin bölgədə hakim olmasını istəmir, bölgəyə təsir imkanı ola biləcək digər ölkələri də cəlb edir.

Sisinin turnesinin bitməsi Blinkenin Misir, İsrail və Fələstin turnesinə başlaması ilə eyni vaxt düşdü. Bu o deməkdir ki, ABŞ regionla bağlı qərarların qəbulu zamanı Sisinin səfərləri haqda “hesabatlardan” da istifadə edəcək.

Rusiyanın tədricən bölgədən çəkilməsi ilə yaranan boşluq doldurulmağa çalışılır. Erməni prezidenti Sisiyə xitabında Misiri regional superdövlət adalndırıb, bu da Azərbaycanın Türkiyəni regional güc kimi təqdimatına alternativdir.

Səfərin əsas yekunu budur- Misir Türkiyənin son 10 ildə etdiklərini təkrarlamaq istəyir, Qərbdən uzaqlaşmadan yeni qlobal güc iddiasında olanlarla-Hindistan və Rusiya ilə mümkün qədər yaxınlaşır. Amma sonda Qərblə uzlaşır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki