ABŞ Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinə nəzarətin İrana verilməsini nəzərdə tutan hər hansı razılaşmanı qəbul etməyəcəyini bildirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Əlhurra TV ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vaşinqton icazə, rüsum və ya ticarət gəmilərinin keçidinə İran tərəfindən nəzarəti nəzərdə tutan heç bir razılaşmaya razılıq verməyəcək. O bildirib ki, istənilən müvəqqəti gəmiçilik razılaşması icazə, əlavə ödəniş və digər məhdudiyyətlər olmadan sərbəst keçidi təmin etməlidir.
ABŞ rəsmisi vurğulayıb ki, Hörmüz boğazı beynəlxalq su yoludur və heç bir tərəf bu marşrut üzərində nəzarət hüququna malik deyil. (Iranintl)


























