İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ-nin Tehranın irəli sürdüyü 7 şərti qəbul etməyəcəyi halda Vaşinqtonla danışıqların bərpa olunmayacağını və Hörmüz boğazının açılmayacağını bildirib.
Vətəninfo.az xəbər verir ki, Rzayi bu barədə İran dövlət televiziyasına açıqlamasında danışıb. Onun sözlərinə görə, İran əvvəlki vəziyyətə qayıtmaq niyyətində deyil və ABŞ şərtləri yerinə yetirməyənədək danışıqların başlanması mümkün deyil.
“Biz artıq keçmişə, İslamabad Memorandumu ilə bağlı vəziyyətə və ya böhrandan öncəki mərhələyə qayıtmayacağıq. Əgər Birləşmiş Ştatlar İran tərəfindən irəli sürülən yeddi şərti yerinə yetirməzsə, nə Hörmüz boğazı açılacaq, nə də danışıqlar başlayacaq”, – deyə o bildirib.


























