image-image_750x_65641bb8cb752backend

Sabiq müdafiə nazirinə şok cəza

image-reklam_sirab_01

Küveytin Ali Məhkəməsi keçmiş müdafiə və daxili işlər naziri Xalid əl-Cərrah əs-Sabahı 7 il müddətinə azadlıqdan məhrum edib.

Vətəninfo.az xəbər verir ki, keçmiş nazir hərbi xərclərə ayrılan vəsaitdən sui-istifadə etməkdə təqsirli bilinib, yerli KİV yazır.

Məhkəmənin qərarına əsasən, oxşar ittihamlarla da ittiham olunan keçmiş baş nazir Cabir əl-Mübarək əl-Həməd əs-Sabah başqa məqsədlər üçün xərclənmiş vəsaiti geri qaytarmalıdır.

Keçmiş müdafiə naziri və keçmiş baş nazir ittihamları rədd edirlər.

Yeri gəlmişkən, 2022-ci ilin martında keçmiş müdafiə və daxili işlər naziri və sabiq baş nazirə qarşı ittihamlar götürülüb. Lakin Küveyt Prokurorluğunun şikayəti əsasında cinayət işi məhkəməyə qaytarılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki