image-ilham-aliyevbackend

“Seçkilər Prezident İlham Əliyevin qəti və inamlı qələbəsi ilə başa çatdı” – Millət vəkili

image-reklam_sirab_01

“Seçkilər gözlənildiyi kimi Prezident İlham Əliyevin qəti və inamlı qələbəsi ilə başa çatdı. Bu İlham Əliyevə yüksək etimadın, son 20 il ərzində aparılan xarici və daxili siyasətə dəstəyin və həyata keçirilmiş işlərə görə Prezidentə sonsuz minnətdarlığın ifadəsi idi. 2003- cü ildən etibarən ölkədə həyata keçirilən sistemli islahatlar xalqın həyatını köklü şəkildə dəyişmişdi.” -bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev sosial şəbəkə hesabında yazıb.

Millət vəkili qeyd edib ki, bu müddət ərzində aparılan uğurlu xarici siyasət nəticəsində  Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bir çox beynəlxalq sənədlərdə öz əksini tapmışdı.

“Nəhayət 2020- ci ildə İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi və keçən ilin sentyabrında Xankəndiyə bayrağımızın asılması İlham Əliyevi istənilən seçkilərdə alternativsiz Lider etmişdi. Bu qədər böyük nailiyyətlərin müəllifi olan Prezident İlham Əliyev nəinki ölkə daxilində, həm də dünya liderləri arasında ən çox sevilən və rəğbət bəslənilən dövlət başçılarından biridir. Ona görə də xalq indi də, gələcəkdə də onu və onun irəli sürdüyü bütün ideya və təşəbbüsləri böyük mütəşəkkilliklə dəstəkləyəcək.”- deyə Cavanşir Feyziyev qeyd edib.

Cavanşir Feyziyev əlavə edib ki, İlham Əliyevin növbəti 7 il üçün Prezident seçilməsi öz tarixinin yeni mərhələsinə qədəm qoyan Azərbaycan üçün ən uğurlu başlanğıcdır.

“Qarşıda Ermənistanla sülhün əldə olunması, azad olunmuş torpaqlara Böyük Qayıdış, qaçqın soydaşlarımızın Ermənistana öz doğma torpaqlarına qaytarılması kimi nəhəng vəzifələr durur. Bütün bunlarla yanaşı Azərbaycanın dayanıqlı iqtisadi inkişafını təmin etmək və onun yaxın gələcəkdə inkişaf etmiş ölkələr sırasına çıxarılması da qarşıya qoyulan hədəflər sırasındadır. Xalq belə taleyüklü məsələlərin həyata keçirilməsini yalnız öz sınanmış lideri İlham Əliyevə etibar edə bilərdi və belə də etdi. Qarşıda bizi yeni nailiyyətlər və yeni qələbələr gözləyir. Cənab İlham Əliyevə qarşıdan gələn illərdə də möhkəm can sağlığı və Azərbaycan naminə göstərdiyi bütün fəaliyyətində yeni nailiyyətlər arzulayıram.  Onun hər bir uğuru bütöv Azərbaycanın və bütün Azərbaycanlıların uğurudur. Uğurlarımız davamlı və daimi olsun!”- millət vəkili əlavə edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki