image-1backend

Səfir: “İran, Rusiya, Azərbaycan, Türkmənistan və Qazaxıstan arasında  əlverişli razılaşmalar əldə edilib”

image-reklam_sirab_01

Vətəninfo.az Tahlil Bazaar istinadən  xəbər verir ki, İranın Moskvadakı səfiri Cəlal Kazımi deyib: “İran, Rusiya və vasitəçi ölkələr, yəni Azərbaycan, Türkmənistan və Qazaxıstan arasında gömrük sahəsində qarşılıqlı əlaqələr sahəsində əlverişli razılaşmalar əldə olunub”.
O, iki ölkə ticarətində Rusiyanın payının daha çox olması ilə bağlı bəzi tənqidlərə toxunaraq, İran və Rusiya arasında ticarət əlaqələrinin inkişafı yolunda əsas maneələri sadalayıb, iki ölkənin bu problemlərin həllində əldə etdiyi irəliləyişlərə diqqət çəkib.
Səfir İran və Rusiya arasında işgüzar əlaqələrin inkişafına maneələrdən biri kimi tranzit problemlərini göstərib: “Hazırda iki ölkə arasında Şimal-Cənub dəhlizi sahəsində əməkdaşlığın artması ilə bağlı müsbət tendensiya müşahidə olunur”.
Onun sözlərinə görə, yol və dəmir yolu tikintisi çox vaxt aparsa da, Şimal-Cənub dəhlizi çərçivəsində lazımı infrastruktur artıq yaradılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki