image-reklam-veteninfo
image-1backend

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş mahnı +klip TƏQDİM EDİLİB

image-reklam-veteninfo

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo üzrə açıq birinciliyin açılış mərasimi keçirilib.

“Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli İOEUGİM-in təşkilatçılığı ilə keçirilən tədbir Abşeron Olimpiya İdman Kompleksində baş tutub.

Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra şəhid İlqar Hümbətovun həyat və döyüş yolu haqqında iştirakçılara məlumat verilib.

Tədbirdə çıxış edən Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev şəhidlərin xatirəsinə həsr olunan yarışların əhəmiyyətindən danışaraq, hər bir vətəndaşın şəhidlərə mənəvi borclu olduğunu vurğulayıb.

Şəhidin anası Dilarə Hümbətova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. O, şəhid ailələrinin hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayıb.

Tədbir çərçivəsində şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş mahnı-klipin təqdimatı keçirilib. Təqdimat mərasimində musiqişünas-bəstəkar Sevinc Tofiqqizi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, “Azərbaycan İnciləri” vokal qrupunun üzvləri və qrupun rəhbəri Gülnarə Qurbanova diplomlarla təltif olunublar. Diplomlar şəhidin anası Dilarə Hümbətova tərəfindən təqdim edilib.

Qeyd edək ki, birincilikdə 2014–2015-ci il təvəllüdlü oğlan və qız cüdoçular iştirak edirlər. Yarışda ümumilikdə 250 idmançının mübarizə aparacağı nəzərdə tutulur.

Turnirin əsas məqsədi şəhid İlqar Hümbətovun əziz xatirəsinin yad edilməsi, yeniyetmələr arasında cüdo idman növünün təbliği və gənc idmançıların yarış təcrübəsinin artırılmasıdır.

Tədbirin sonunda şəhidlərin xatirəsi ehtiramla anılıb, Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinə dərin hörmət və minnətdarlıq ifadə olunub.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki