Vətəninfo.az xəbər verir ki, İran İslam İnqilabının Keçikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Səlami SEPAH-ın sözçüsü Ramazan Şərifin sözlərinə zidd olaraq hələ də Qasım Süleymaninin və Əbumehdi əl-Mühəndisin öldürülməsinin qisasının alınmadığını bildirib və deyib: “Biz bunu vaxtında edəcəyik. Süleymaninin öldürülməsinin qisası öz məkanında alıncaq”.
Məlumata görə, Hüseyn Səlami “Əl-Əqsa qasırğası” əməliyyatının tamamilə Fələstinə aid olduğunu və fələstinlilər tərəfindən həyata keçirildiyini vurğulayıb.
Qeyd olunub ki, SEPAH-ın sözçüsü Ramazan Şərif isə dünən bu əməliyyatın Qasım Süleymaninin intiqamının alınması üçün başladıldığını bildirmişdi.


























