image-34c4e589-ec5b-379c-848c-2d5bbc1cf420_850backend

Separatçılar bu yolu seçsələr, ağır nəticələrə düçar olacaqlar – AÇIQLAMA

image-reklam_sirab_01

Bu gün Laçında nəzarət-buraxılış məntəqəsindən 60-a yaxın şəxs sərbəst şəkildə keçid edib. Xankəndindən Ermənistana gedənlərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır. Onlar əsasən Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Azərbaycan daim bəyan edib ki, burada Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər qala bilərlər. Bu proseslər hazırki vəziyyətə necə təsir edəcək?

Məsələ ilə bağlı politoloq Amid Əliyev Publika.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan hər zaman Qarabağ bölgəsində yaşayan etnik azlıqlar üçün seçim hüququnu verib və verəcəkdir:

“Bu gün Laçın yolundan istifadə etməklə ərazini tərk edən erməni əsilli rus pasportlu şəxslər təbii ki, baş verən proseslərin onların xeyrinə olmayacaqlarını anlayıblar. Bu eyni zamanda ərazidə rus icmasını yaratmağa çalışan və sonradan kütləvi şəkildə rus pasportlarının paylanmasını planlaşdıran dairlələrin də siyasi ambisiyalarının iflasa uğraması deməkdir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı Ermənistanın növbəti fiaskosu bölgədə həm separatçıları, həm də onlara dəstək olmağa çalışan qüvvələri əməlli başlı təşvişə salıb. Ard-arda iclaslar keçirən, hərbi xuntanın rəhbərliyi növbəti addımlarını hesablayır, düşdükləri çətin vəziyyətdən çıxış yollarını axtarırlar”.

Politoloq bildirib ki, reinteqrasiya proseslərinə maneçilik yaradan separatçılar Azərbaycanın mümkün real addımları qarşısında nə edəcəklərini də götür-qoy edirlər:

“Bütün bunların fonunda növbəti addım ya Azərbaycan icması ilə inteqrasiya prosesi olacaq, ya da Azərbaycan bunu həyata keçirmək üçün məcbur etmə mexanizmlərini işə salacaq. Əgər separatçılar Azərbaycana qarşı güc tətbiq etmə və ya təxribat yolunu seçsələr, bu onlar üçün ağır nəticələrə səbəb olacaq. Ərazinin 24 saat Azərbaycan Ordusu tərəfindən müşahidə və nəzarət olunduğu bir vəziyyətdə bu yolu seçərək hansısa bir əməliyyat başlamamışdan öncə məğlubiyyətlə üzləşəcək. Hər zaman olduğu kimi, Azərbaycan ərazisində yaşayan insanların təhlükəsizliyinə təminat verir və digər etnik azlıqlara verilmiş hüquqların onlara da şamil olunacağı zəmanəti qüvvədə qalır. Hazırda seçimin separatçılarda olmasını nəzərə alaraq, Azərbaycanın növbəti addımlarının nədən ibarət olacağı bu seçimə birbaşa bağlıdır. Lakin Azərbaycan heç bir zaman bu məsələdə heç bir güzəştə getməyəcək və bu məsələ heç bir görüşün və masanın mövzusu olmayacaq. Bu, Azərbaycanın daxili işidir”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki