image-settarbackend

Səttar Möhbalıyev “Azərbaycanla Gürcüstan arasında münasibətləri yeni keyfiyyət çalarları ilə genişlənir”

image-reklam_sirab_01

“Azərbaycanla Gürcüstanın münasibətləri daim yüksək səviyyədə olub, əlaqələr bütün sahələri əhatə etməklə dinamik inkişaf edib. Və bu əlaqələr dərin köklərə malikdir, xalqlarımız tarixən mehriban və dostluq şəraitində yaşayıblar. Bu gün isə mehriban qonşu və dost olan bu iki dövlət eyni zamanda strateji tərəfdaşdırlar. Əminliklə ifadə etmək olar ki, əlaqələrimiz bütün qonşu dövlətlər üçün böyük nümunə təşkil edəcək səviyyədədir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, əhəmiyyətli coğrafi ərazidə yerləşən dövlətlərimiz bu imkandan səmərəli istifadə etməklə ümumilikdə regionun hərtərəfli inkişafı üçün uğurlu layihələrə icra edirlər: “İrimiqyaslı qlobal enerji, həmçinin nəqliyyat-kommunikasiya layihələrini buna misal olaraq göstərə bilərik. Gürcüstanın tranzit imkanları Azərbaycanın enerji resurslarının, eləcə də başqa yüklərin daşınması üçün son dərəcə əhəmiyyətlidir. Ötən illərin təcrübəsi və bu istiqamətdə görülmüş işlər bunu bir daha sübut edir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və s. layihələr regionda sülh və sabitliyə, bölgə ölkələri arasında dostluq münasibətlərin dərinləşməsinə və iqtisadi tərəqqiyə böyük imkanlar açıb”.
“Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin vəzifəsinin icrasına başlayandan dərhal sonra ölkəmizə səfərə gəlməsi ənənəyə sadiq qalaraq Azərbaycanla münasibətlərə verdiyi önəmin əlamətidir. Və bu səfər, təbii ki, əlaqələrimizin bundan sonra da inkişafına, xüsusi əhəmiyyət daşıyan və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın dərinləşməsinə mühüm təsir göstərəcək, eləcə də iqtisadi maraqların uzlaşdırılması, ölkələrimiz arasında iqtisadi-siyasi əlaqələr sisteminin təkmilləşdirilməsi baxımından faydalı olacaq. Mətbuata bəyanatla çıxışı zamanı dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanla Gürcüstanın yaşıl enerji sahəsində yeni layihələr üzərində iş apardıqlarını qeyd etdi. Biz inanırıq ki, bu sahədə böyük potensiala malik hər iki ölkə faydalı əməkdaşlıq edəcək, başlatdıqları birgə layihələri uğurla həyata keçirəcək, yeni çağırışlar aspektində əməkdaşlıq möhkəmlənəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki