image-reklam-veteninfo
image-1backend

Silahlı şəxslər canlı yayıma basqın etdilər -VİDEO

image-reklam-veteninfo

Silahlı şəxslər Ekvadorun TC Televisión televiziya şirkətinin studiyasına soxularaq canlı efirdə işləyən şərhçiləri girov götürüblər. Vətəninfo.az xəbər verir ki, bu barədə “El Universo” qəzeti məlumat yayıb.

Dövri nəşrin yayımladığı canlı yayımın kadrlarında 6 maskalı şəxsin yerdə uzanmış telekanal işçilərinə silah doğrultduğu görünür.

Bazar ertəsi ölkə prezidenti Daniel Noboa bədnam narkobaronun qaçmasından sonra həbsxanalarda asayişi bərpa etmək üçün Ekvadorda fövqəladə vəziyyət və komendant saatı elan edib.
Bundan əvvəl bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki