“Qazprom” “Şimal axını-2” qaz kəmərinin tikintisinin başa çatdığını elan edib. Layihə Rusiya sahillərindən Baltik dənizindən Almaniyaya qədər uzanır, qaz boru kəmərinin ümumi gücü ildə 55 milyard kubmetrdir.
Veteninfo.az “Komersant.ru”ya istinadən xəbər verir ki, “Qazprom “-un İdarə Heyətinin sədri Aleksey Miller bildirib ki, bu səhər Moskva vaxtı ilə saat 8: 45 -də “Şimal axını 2 “qaz kəmərinin inşasında tamamlanma işləri başa çatıb.Məlumatda “Şimal axını 2” üçün boru çəkmə işləri sentyabrın 6-da başa çatıb.
“Bloomberg” isə rəsmi mənbələrə istinadən xəbər verir ki, boru kəməri ilə qaz tədarükü oktyabrın 1 -də başlaycaq və 1 dekabırda isə kəmər tam işə düşəcək.