image-a63cdf44-75ee-30ef-98e9-1f662e59487e_850backend

Şimali Koreya yenidən ballistik raketlər buraxıb

image-reklam_sirab_01

Koreya Xalq Demokratik Respublikası (KXDR) Şərq (Yapon) dənizi istiqamətində növbəti dəfə ballistik raket buraxıb.

Bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Hələlik raketin və buraxılışın detalları barədə məlumat yoxdur.

Yaponiyanın sahil mühafizəçiləri bölgədəki gəmiləri raket parçaları aşkar edilərsə, onlara yaxınlaşmamağa, dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırıb. Ehtimal olunur ki, ballistik raket artıq dənizə düşüb.

Yaponiyanın baş naziri Fumio Kişidanın ofisində Pxenyanın yeni raket buraxılışı ilə bağlı məlumatların təhlili və toplanması yolu ilə yığılan böhran qərargahı işə başlayıb.

Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsi öz növbəsində KXDR-ın üç qısa mənzilli ballistik raket buraxdığını bildirib. Raketlərdən biri Cənubi Koreyanın Sokço şəhərindən 57 km aralıda dənizə düşüb, digər raket Cənubi Koreyanın Ullenqdo adası istiqamətində uçsa da, ondan 167 km aralıda dənizə düşüb.

Qeyd edək ki, ilin əvvəlindən KXDR 29 raket buraxılışı həyata keçirib, onlardan 23-ü müxtəlif növ ballistik raketlər olub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki