image-reklam-veteninfo
image-1backend

Siranuş bizdən NƏ istəyir? – Bakıya qarşı növbəti HƏYASIZLIQ

image-reklam-veteninfo

Bakıda cəzasını çəkməkdə olan erməni cinayətkarların İrəvanda hüquqlarını müdafiə edən Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin rəhbəri Siranuş Sahakyan Azərbaycana qarşı həyasızlığını davam etdirir. Bu günlərdə onların işi ilə bağlı Avropa Məhkəməsinə iddia ərizəsi göndərən Siranuş Sahakyan jurnalistlərlə son söhbətində isə hərbi canilərin həbsini gah dini motivlərlə əlaqələndirib, gah da guya onlara işgəncə verildiyini söyləyib.

Siranuş Sahakyan: “Ermənistan Azərbaycana qarşı”nın şikayəti kommunikasiya  mərhələsindədir: Azərbaycan yalan faktlar təqdim edir” – Ermənistanın  İctimai Radiosu

“Qiymətləndirməmə görə, Ermənistan-Azərbaycan kontekstində dini element vacibdir. Artsaxda irsin məhv edilməsi zamanı dini irsin birbaşa hədəfə alındığını görürük”,_ deyə QHT rəhbəri cəfəngiyat danışıb.  Onun sözlərinə görə, “keçmiş münaqişə başqa bir ölkədə, onların fərqli bir dinə etiqad etdiyi yerdə baş versəydi, dərhal azadlığa buraxılmaq kimi humanitar hüquqa hörmət ediləcək, bu məsələlər daha asan həll olunacaqdı”.

Sahakyan iddia edib ki, beynəlxalq hesabatlarda xaç şəklində döymələrin yandırıldığı, yəni xaçın işgəncə ilə dəridən çıxarıldığı guya qeyd olunub. “Erməni əsirlərə (?- red) məhdud sayda kitab verilsə də, müqəddəs kitabın köçürülməsi qadağan edilib və ya onların Quran oxumağa məcbur edildiyini qeydə aldığımız hallar olub. Bu cür faktlar artıq göstərir ki, xristian olmağın daha həssas olduğu və bəlkə də xristian mədəniyyətinin daşıyıcısı olmaq Azərbaycanla sivilizasiya dialoqu aparmağı çətinləşdirir”, – deyə hüquq müdafiəçisi çərənləyib.

Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi  davam etdirilib

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Sahakyanın çıxışında “erməni məhkumların Quran oxumağa məcbur edilməsi” ən gülünc hissədir.
Hüquq müdafiəçisi hesab edir ki, erməni QHT rəhbəri arqument tapmayıb və indi də onların həbsində dini elementlər axtarır: “Buna qədər onları gah siyasi məhkum, gah da hərbi girov adlandırırdılar. Bu statuslar keçərli olmadığı üçün dini faktor axtarmağa başlayıblar. Bu şəxslərin həbsində heç bir siyasi və dini amil yoxdur. Elə başqa ölkələrdə də xunta rejiminə rəhbərlik edənləri müharibə caniləri kimi tuturlar. Fikrimcə, ermənilərin tutarlı arqumentləri yoxdur deyə indi xristian dünyasının diqqətini belə cəlb etməyə çalışırlar”.

Çingiz Qənizadə: Beynəlxalq təşkilatlar Ermənistanın əsir götürdüyü  Azərbaycan hərbçisinə qarşı işgəncələrə qəti mövqeyini bildirməlidirlər -  AZƏRTAC

Çingiz Qənizadə qeyd edib ki, bu yersiz cəhdlər, ləkələmə kampaniyası, ölkəmizə qarşı böhtan xarakterli ittihamların heç birinin təsiri olmayacaq: “Onların barəsində Avropa Məhkəməsinin qərarı da yalnız bu ola bilər ki, işə mülki məhkəmədə baxılsın. Bu da daha bir neçə il mühakimənin davam edəcəyi deməkdir. Ona görə də erməni tərəfinin ərizəsinin icraata götürülməsi o demək deyil ki, Avropa Məhkəməsi bu cinayətkarların azadlığa buraxılması haqda qərar çıxaracaq. Ümumiyyətlə, ermənilərin fəallığının yeganə səbəbi bu məhbusların işini gündəmdə saxlamaqdır”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki