image-00backend

Siyavuş Novruzovun qardaşı yeni vəzifəyə təyin olundu

image-reklam_sirab_01

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev millət vəkili Siyavuş Novruzovun qardaşını yeni vəzifəyə təyin edibmiş.

Vətəninfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, millət vəkilinin qardaşı Novruzov Məhərrəm Dünyamalı oğlu müavafiq əmrlə ƏSMN-nin Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin Regionlarla İş üzrə Mərkəzi Filialının direktorun müşaviri təyin olunub.

Qeyd edək ki, bundan əvvəl Məhərrəm Novruzov DSMF-nin 1 saylı nümayəndəliyinin müdir müavini vəzifəsində çalışıb. O, həmçinin uzun illər Dövlət Sosial Müdafiə Fondunun Nizami Rayon Şöbəsinin rəisi vəzifəsini də tutub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki