Bu ilin avqust ayında Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 4,8 min ton avtomobil benzini idxal edib.
Veteninfo.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” konsaltinq qrupunun hesabatında deyilir.
Məlumata görə, bu, iyul ayı ilə müqayisədə 0,8 min ton və yaxud 20 % çoxdur. Azərbaycan şirkətinin idxal etdiyi benzin Litvadan gətirilib.
Ümumilikdə, ötən ay Ukraynaya 137,6 min ton avtomobil benzini idxal edilib. Bu, ötən ilin avqust ayı ilə müqayisədə 26% çoxdur. İdxalın 101 min tonu Belarusdan həyata keçirilib. Litvadan isə Ukraynaya 36,6 min ton avtomobil yanacağı idxal edilib ki, bu da 1 il əvvələ nisbətən 75% çoxdur.
Bu ilin yanvar-avqust aylarında isə Ukraynaya 814 min ton avtomobil benzini idxal edilib ki, bu da ötən ilin 8 ayının göstəriciləri ilə müqayisədə 16% çoxdur.