image-11backend

SOCAR-ın ölkə daxilində ilk istiqrazlarının tədavül müddəti başa çatıb

image-reklam_sirab_01

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2016-cı ilin oktyabr ayında 5 il müddətinə dövriyyəyə buraxığı ölkə daxilində ilk istiqrazlarının tədavül müddəti başa çatıb.

Veteninfo.az xəbər verir ki, yerli kapital bazarında investorların ən çox tələbat göstərdiyi korporativ qiymətli kağızların 20-ci və sonuncu kupon ödənişi nəticəsində 1,25 milyon ABŞ dolları məbləğində faiz gəliri, eyni zamanda 100 milyon dollarlıq əsas məbləğ istiqraz sahiblərinin hesablarına köçürülüb.

Bununla da, investorların yekun qazancı 25 milyon dollara çatıb.

Xatırladaq ki, SOCAR-ın bu İstiqrazlarına abunə yazılışı dövründə onlara 2 dəfədən artıq tələb olub, qiymətli kağızların təkrar bazar əməliyyatlarının məbləği 202 milyon dolları üstələyib, 2 500-dən artıq əqd bağlanılıb, vətəndaşlarımız üçün alternativ investisiya imkanı təqdim edilib, əvvəllər kapital bazarında iştirak etməmiş yüzlərlə fiziki şəxs ilk dəfə istiqraz sahibi olub, yerli kapital bazarlarımıza yeni investorların qazandırılmasına stimul verib, 5 illik müddət ərzində “Bakı Fond Birjası” QSC-də korporativ istiqrazlarla bağlanmış əqdlərin 91%-i, əməliyyat məbləğinin isə 75%-i SOCAR İstiqrazlarının payına düşüb, repo əməliyyatlarının məbləği 36 milyon dolları ötüb, rüblük faizləri itirmədən, istiqrazları banka girov qoymaqla, aşağı faizli kredit götürülməsinə imkan yaradılıb, 5 il ərzində Birjadakı mümkün ticarət günlərinin 72%-dən çoxunda SOCAR İstiqrazları ticarət olunub, rüblük faiz ödənişləri daim qrafikə uyğun aparılıb, marketmeyker vasitəsilə likvidlik davamlı təmin edilib.

Hazırda SOCAR-ın yeni SOCAR İstiqrazlarının abunə yazılışı davam edir. Proses oktyabrın 29-da başa çatacaq. Qiymətli kağızları 1 və 5 saylı “ASAN” xidmət mərkəzlərindən, eləcə də ölkəmizdə fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür. İlkin istiqraz sahibləri də hazırda davam edən abunə yazılışında iştirak edə bilərlər. İstiqrazların yerləşdirilməsi 1 noyabr tarixində baş tutacaq və faizlər rüblük qrafiklər əsasında ödəniləcək. Yeni istiqrazların da tədavül müddəti 5 ildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki