image-1backend

ŞOK İDDİA: İsrail Türkiyədə qətllər planlaşdırır

image-reklam_sirab_01

İsrailin kəşfiyyat xidmətləri Baş nazir Benyamin Netanyahunun əmri ilə HƏMAS liderlərini ölkə hüdudlarından kənarda məhv etmək planları hazırlayır.

Vətəninfo.az xəbər verir ki, The Wall Street Journal yazır ki, planlar Livan, Türkiyə və Qətərdəki əməliyyatları əhatə edir və İsrailin uzunmüddətli əməliyyatlarının davamıdır.

İsrail artıq Qəzza zolağında HƏMAS liderlərinin axtarışı və məhv edilməsi üçün aktiv əməliyyatlar həyata keçirir. Ümumiyyətlə, İsrail əməliyyatları, İsrail agentlərinin qadın paltarı geyindiyi Beyrut əməliyyatı və ya İsrail agentlərinin turist kimi çıxış etdiyi Dubayda HƏMAS liderinin öldürülməsi kimi gizli xarakteri və kamuflyajı ilə məşhurlaşıb.
İsrailin sərhədlərindən kənarda sui-qəsdlər həyata keçirmək üçün bomba yüklü avtomobillərdən və uzaqdan idarə olunan silahlardan istifadə etdiyi də məlumdur.

Beynəlxalq qınaqlara baxmayaraq, İsrailin bu hərəkətləri dayanmır. Noyabrın 22-də Netanyahu çıxışında İsrailin HƏMAS liderlərinə qarşı istənilən yerdə hərəkət etmək niyyətini açıq elan edib. “Mən Mossad-a HƏMAS liderlərinə harada olurlarsa olsunlar, onlara qarşı hərəkətə keçməyi tapşırmışam”, – Netanyahu açıq elan edib.

Bu bəyanat belə proqramları gizli saxlamağa üstünlük verən bəzi İsrail rəsmilərinin narahatlığına səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki