image-f3ff01dd-8d96-36d1-93ca-b7a69fed70cf_850backend

Somalidə partlayışlar nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb

image-reklam_sirab_01

Somalinin paytaxtı Moqadişuda “Aş-Şabab” qruplaşması silahlılarının ölkənin Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.

Bu barədə Somalinin səhiyyə naziri Əli Hacı Adan bildirib.

“(Hücum zamanı – red) Daha 250-yə yaxın insan yaralanıb”, – “Radio Dalsan” nazirdən sitat gətirib.

Qeyd edək ki, bazar günü Moqadişu meriyası 104 nəfərin öldüyünü bildirib.

Zərərçəkənlərə yardım üçün Somali hökuməti 1 milyon dollar məbləğində xüsusi fond yaradıb. Prezident Həsən Şeyx Mohamud bazar ertəsi dünya ictimaiyyətini terror aktı qurbanlarına maliyyə yardımı göstərməyə çağırıb.

Oktyabrın 29-da səhər saatlarında kamikadzelər Moqadişu şəhərinin mərkəzində yerləşən Təhsil Nazirliyinin qarşısında iki minalanmış avtomobili partladıblar. Terror hücumu 2017-ci ildən – “Safari” oteli yaxınlığında törədilən 587 nəfərin həlak olduğu iki partlayışdan sonra Somalidə ölənlərin sayına görə ən böyük terror aktıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki