image-indirbackend

SON DƏQİQƏ:Azərbaycan Türkiyə İş Adamları Birliyindən (ATİB) prezident seçkiləri ilə bağlı ŞOK QƏRAR

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) 10 yanvar 2024-cü il
tarixdə keçirilmiş İdarə Heyətinin iclası keçirilib.

İclasda İdarə Heyəti üzvləri 2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı yekdilliklə  İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəvul ediblər.

Bəyanatda deyilir:

2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri müstəqil
Azərbaycanın tarixində ilk dəfə olaraq müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşmiş xalqımız və qəhrəman
ordumuz tərəfindən ərazi bütövlüyü təmin edilmiş ölkəmizin bütün ərazisində
keçiriləcək, ərazi bütövlüyümüzü və suverenliyimizi bir daha təsbit edərək zəfər
seçkiləri kimi Azərbaycanın siyasi tarixinə vəsiqə alacaqdır. 30 illik işğala son
qoyulduqdan sonra doğma torpaqlarına qayıtmış insanların ilk dəfə öz yurdlarında
seçici olaraq səsvermədə iştirak edəcəyi bu seçkilər Azərbaycan dövlətçiliyinin
tarixində yeni və parlaq bir dövrün başlanğıcı olacaq.
Məlum olduğu kimi rəhbərliyi altında xalqımız və dövlətimizin nail olduğu bu şanlı
zəfərin Ali Baş Komandan olaraq müəllifi cənab İlham Heydər oğlu Əliyevin,
keçiriləcək növbədənkənar prezident seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən
irəli sürülmüş namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmışdır.
Azərbaycan Respublikası və qardaş Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq
xarakteri daşıyan ənənəvi dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərinin
inkişafı istiqamətində dövlət siyasətinin həyata keçirilməsində, ölkəmizin və qardaş
Türkiyə Respublikasının iş adamlarının daxil olduğu sahibkarlıq ictimaiyyətinin
potensialını dövlətimizin və xalqımızın maraqları ətrafında birləşdirmək
istiqamətində yarandığı 2004-cü ildən bəri əhəmiyyətli rol oynayan Azərbaycan
Türkiyə İş Adamları Birliyi (ATİB) 10 yanvar 2024-cü il tarixdə keçirilmiş İdarə
Heyətinin iclasında İdarə Heyəti üzvləri tərəfindən yekdilliklə qəbul edilmiş qərara
əsasən müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan
Respublikası Prezidentliyinə namizədliyini dəstəklədiyini qürur hissi ilə bəyan edir,
bu tarixi seçkilərdə ona uğurlar arzulayır və keçirələcək seçkilərin məntiqi nəticəsinin
tariximizə parlaq bir səhifə kimi həkk olunaraq qüdrətli dövlətimizin və qalib
xalqımızın sınmaz iradəsinin təzahürü olmasını diləyir.
Uğurlar cənab Prezident!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image