ABŞ-da yanacaqdoldurma məntəqələrində benzinin qiyməti yenidən tarixi maksimumunu yeniləyərək bir qallon (3,785 litr) üçün 4,81 dollara çatıb.
APA-nın məlumatına görə, bu barədə TASS Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatlarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, hazırkı prezident Co Bayden vəzifəyə gələndən yanacağın qiyməti qalxıb.
İyunun 4-də ölkədə “Regular” markalı benzinin bir qallonunun qiyməti 4,8 dollara qalxıb, Baydenin andiçməsindən sonrakı ilk həftədə – keçən il yanvarın sonunda bu rəqəm 2,39 dollar olub.