image-622b0c91c4240622b0c91c4241164698843372bbb011e5e2ef15ccc76a7fb4d786d7backend

Stoltenberq Türkiyəyə vasitəçilik səylərinə görə təşəkkür edib

image-reklam_sirab_01

“Türkiyə çox dəyərli NATO müttəfiqidir”.

Veteninfo.az-ın “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Türkiyə terrorla mübarizədə mühüm rol oynayır.
NATO baş katibi Türkiyəni Ukrayna və Rusiya arasında dinc müzakirəyə yol açan diplomatik siyasi proseslərə vasitəçilik etdiyinə görə təqdir edib.

Stoltenberq deyib ki, NATO əvvəllər tətbiq olunmamış iqtisadi sanksiyalar vasitəsilə Rusiyaya təzyiq göstərir və bu məsələdə müttəfiqlər həmrəydir.

O, Ukraynanın səmasının bağlanması təklifinə də münasibət bildirib.

“NATO Ukraynadakı məyusluğu anlayır, eyni zamanda Ukrayna sərhədlərindən kənarda eskalasiyanın əslində daha çox itki və ölümə səbəb olacağını düşünür”,

NATO-nun bölgədəki qüvvələrini artırıb-artırmayacağı ilə bağlı suala baş katib, “İyun ayında Madriddə mühüm qərarlar veriləcək”, – deyə bildirib.

Baş katib Almaniyanın müdafiə xərcləri üçün ayırdığı əlavə hərbi büdcə ilə bağlı suala da cavab verib.

“Bütün üzvlərimizi büdcələrini artırmağa çağırmışıq. Avropalı müttəfiqlər müdafiə büdcələrini artırmalıdır. Rusiyanın hücumunun bizim hamımız üçün nəticələri olacaq”, – deyə NATO-nun baş katibi deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki