image-reklam-veteninfo
image-4ad73b5d-42a4-44f7-9ab7-36835ad6bf52backend

“Süni İntellekt və Gələcəyin İş Dünyası: Gənclərin İdeatonu” layihəsinə start verilir!

image-reklam-veteninfo

Yaxın zamanda gənclərin süni intellektin iş dünyasında yeri və roluna əsaslanan “Süni İntellekt və Gələcəyin İş Dünyası: Gənclərin İdeatonu” layihəsi start götürəcək. Layihənin əsas məqsədi iş dünyasında süni intellekt və insan əməkdaşlığı arasında balansın təmin edilməsinə töhfə vermək, gənclərin süni intellekt əsaslı həllər hazırlama bacarıqlarını inkişaf etdirmək, onlara analitik düşünmə kompetensiyalarını qazandırmaq, həmçinin AI dövründə dəyişən əmək bazarı üçün innovativ və dayanıqlı ideyaların hazırlanmasını təşviq etməkdir.

Layihə çərçivəsində keçiriləcək təlimlər müddətində gənclər süni intellektin iş proseslərində rolu, insan və süni intellekt əməkdaşlığının imkanları, dəyişən əmək bazarının tələbləri və texnologiyaların yaratdığı yeni peşə perspektivləri haqqında məlumat əldə edəcəklər. Zəruri biliklərə yiyələnən 25 gənc mentor dəstəyi ilə təmin ediləcək və ideyalarını inkişaf etdirməklə süni intellekt əsaslı həllər hazırlayacaqlar. Növbəti mərhələdə İdeatonun təşkili gənclərin analitik və yaradıcı düşünmə, komanda işi, problemlərin həlli və innovativ yanaşmalar formalaşdırma bacarıqlarının inkişafına şərait yaradacaq. Layihənin yekun mərhələsində keçiriləcək forumda gənclərin daha geniş iştirakı ilə süni intellektin əmək bazarına təsiri, texnoloji inkişafın yaratdığı imkanlar və risklər, eləcə də gələcəyin iş dünyasına hazırlıq məsələləri müzakirə olunacaq. Forum çərçivəsində İdeatonun qalibi olan 3 komanda mükafatlandırılacaq.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin Həmrəyliyi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçiriləcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki