20 sentyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “TBC Kredit” BOKT MMC-nin ümumi dəyəri 3 000 000 ( üç milyon ) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
23 sentyabr 2021-ci il tarixində “TBC Kredit” BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Nominal Dəyəri | Ticarətə buraxlma tarixi | İllik faiz dərəcəsi | Tədavül müddəti | Kupon faizlərinin ödəniş müddəti |
AZ2004019165 | Faizli təmin edilməmiş sənədsiz adlı | 3,000
(ədəd) |
1,000 manat | 23.09.2021 | 12% | 2 il | Hər 6 aydan bir |
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.