image-reklam-veteninfo
image-1backend

Tbilisi yenidən qarışdı

image-reklam-veteninfo

Gürcüstanın paytaxtı Tbilisidə bu axşam saatlarında yeni seçkilərin keçirilməsi tələbi ilə etiraz yürüşü yenidən başlayıb. Vətəninfo.az xəbər verir ki, yerli KİV-lərin məlumatına görə, aksiya iştirakçıları həmçinin müxalifət liderlərinin və etirazlar zamanı saxlanılan vətəndaşların azad olunmasını tələb edirlər.

Yürüş iştirakçılarının əllərində Gürcüstan, Avropa İttifaqı və ABŞ bayraqları olub. Bəzi etirazçılar məhbuslara dəstək məqsədilə zolaqlı geyimlərə üstünlük veriblər.

Aksiya zamanı “Bizi dayandıra bilməzsiniz, həbs edə bilməzsiniz, biz bu tikanlı məftilləri yaracağıq” kimi şüarlar səsləndirilib.

Etiraz aksiyasının nə qədər davam edəcəyi və hökumətin məsələyə münasibəti hələlik açıqlanmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki