İranda Şərqi Azərbaycan əyalətinin Vəkillər Birliyinin bir qrup hüquqşünası İran parlamentinin son qərarlarına etiraz etmək üçün sentyabrın 13-də Təbriz şəhərində toplaşıblar.
Vətəninfo.az xəbər verir ki, onlar habelə “Vəkillər Birliyinin müstəqilliyi millətin əsas hüquqlarını təmin edir”, “Vəkillər Birliyinin müstəqilliyi = ədalətli məhkəmə sistemi” kimi plakatlar hazırlayıblar.
Parlamentin yenə qərarına əsasən, vəkillik lisenziyasının verilməsi hüququ Vəkillər Birliyindən alınaraq İqtisadiyyat və Maliyyə Nazirliyinin alt qruplarına veriləcək ki, bu da vəkillərin etirazına səbəb olub.


























