image-reklam-veteninfo
image-1backend

Təhsil sahəsində yeni dələduzluq dalğası – Ekspert xəbərdarlıq etdi

image-reklam-veteninfo
“Təəssüf hissi ilə qeyd edirəm ki, təhsillə bağlı bəzi məsələlərdə sosial şəbəkələr üzərindən qurulan fırıldaqçılıq və dələduzluq halları son dövrlər ciddi şəkildə artıb. Xüsusilə “TikTok”, “Instagram” və “Telegram” platformalarında bu kimi saxta fəaliyyətlər daha çox müşahidə olunur”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri son vaxtlar sosial şəbəkələrdə imtahan ballarının artırılması və digər qeyri-real vədlərlə bağlı yayılan saxta çağırışlara münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, belə hallar ictimaiyyət üçün ciddi risk yaradır:
“Yaxşı ki, bu məsələlər vaxtında aşkar olunur və cəmiyyətə xəbərdarlıqlar edilir. Təəssüf ki, bu cür insanlar dayanmırlar. Onların məqsədi insanları aldatmaq və təhsil prosesinə manipulyativ yollarla müdaxilə etməkdir. Bu, açıq şəkildə dələduzluqdur”.
Elmin Nuri xatırladıb ki, əvvəllər oxşar hallar xaricdə təhsil mövzusu ilə bağlı da müşahidə olunurdu:
“Nə yaxşı ki, həm rəsmi qurumlar, həm də hüquq-mühafizə orqanları bu cür dələduzluq halları ilə bağlı vaxtında tədbir gördü və proses nəzarət altına alındı. İndi isə sosial şəbəkələrin geniş yayılması ilə bu fəaliyyətlər başqa formalarda ortaya çıxır”.
Ekspert vurğulayıb ki, vətəndaşlar diqqətli olmalıdır:
“Bu cür insanlar “nə edə bildik” prinsipi ilə hərəkət edirlər. Onlar üçün etik dəyərlər yoxdur. Bu, yolverilməz haldır. İstifadəçilər ayıq olmalı, belə dələduzların toruna düşməməlidirlər. Çağırışlar və maarifləndirmə daha da gücləndirilməlidir”.
Xatırladaq ki, son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə “Instagram”, “TikTok” və “Telegram” platformalarında saxta hesablar vasitəsilə ödəniş qarşılığında imtahan ballarının yüksəldilməsi kimi qeyri-real vədlərlə vətəndaşların aldadılmasına dair halların artdığı bildirilir.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki