“The New York Times” xəbər verir ki, İranın dəstəklədiyi proksi qüvvələr Amerikanın müttəfiqinin ərazisində pilotsuz təyyarələr yığır və raketləri gücləndirir. Onlar ABŞ-ın İraq və Suriyadakı forpostlarına hücumlarda istifadə olunur.
Vətəninfo.az xəbər verir ki, Qərb kəşfiyyatının məlumatına görə, Bağdaddan 60 km cənub-qərbdə yerləşən Curf ən-Nəsr bölgəsində yerləşən İranın əməliyyat bazasında İraqın “Kətaib Hizbullah” yarıhərbi təşkilatının silahlıları İran hissələrindan istifadə edərək dronlar yığır və raketləri təkmilləşdirir. Bu pilotsuz təyyarələr və raketlər sonradan bütün Yaxın Şərqdə İranpərəst qrupların hücumlarında istifadə olunur.