ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya ilə birlikdə ABŞ-a rəsmi səfərə gələn Çin prezidenti Si Cinpini şəxsən qarşılayıb.
Vətəninfo.az xəbər verir ki, Amerika televiziya kanalları Çin liderinin təyyarəsinin eniş etdiyi Endryus Hərbi Hava Qüvvələri Bazasından (Merilend) görüntülər nümayiş etdirib. Tramp qonağı təyyarənin pilləkənlərində qarşılayıb və onunla qısa söhbət edib.
Daha əvvəl Amerika mediası qeyd etmişdi ki, ABŞ prezidentləri xarici qonaqları nadir hallarda şəxsən qarşılayırlar. Beləliklə, Trampın Si Cinpinə ən yüksək hörməti göstərmək istədiyi güman edilir.
İki liderin yerli vaxtla cümə axşamı səhər Vaşinqtonda danışıqlar aparacağı, Si Cinpinin səfərinin isə cümə günü başa çatacağı gözlənilir.


























