image-1backend

TRAMP GERİ QAYIDIR ? – “ QOCA DEMOKRAT ” YOL ÜSTÜNDƏDİR

image-reklam_sirab_01

Bu il ABŞ – da növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərdə Demorkatlar Partiyasından hazırki prezident Co Baydenin mübarizə aparacağı dəqiqdir. Əsas mübarizə Respublikaçılar Partiyasında gedirdi. Keçmiş prezident Donald Trampın yenidən seçki yarışına qatılması tarışın həyacanlı keçməsinə səbəb olub. Respublikaçıların daxilində Trampın əsas rəqibi və seçkinin favoriti olması gözlənilən şəxs Florida ştatının qubernatoru Ron Desantis idi. Ancaq Desantis 21 yanvar tarixində gözlənilməz halda seçki yarışından çəkilib və tərəfdarlarına müraciət edərək Trampı dəstəkləmə çağırdı. Bundan sonra respublikaçılar daxilində Trampın qalib gəlmək şansı olduqca yüksəlib.

Desantislə bərabər Respublikaçılar Partiyasında əsas qərarverici şəxslərdən hesab edilən senator Lindsay Graham da Trampa dəstək olduğunu açıqlayıb. 21 yanvar günü ABŞ siyasi sistemində dönüm günü olur və o “ məşhur bazar “ dan sonra ardıcıl şəkildə Trampa dəstək mesajları gəlir. Ancaq yenədə Trampın əsas rəqiblərindən biri ona kifayət qədər ciddi müqavimət göstərməkdə davam edirdi. ABŞ -ın BMT -dəki keçmiş səfiri Nikki Heyli Trampın qarşısında olduqca uğurlu performans sərgiləyir və milyader – siyasətçinin yenidən Ağ Evə qayıtmasını istəməyən təbəqənin də əsas ümid yerinə çevrilmişdi. . ABŞ mediyası ardıcıl olaraq Nikki Heylinin təbliğatını aparırdı.

Bunun fonunda Tramp sərt şəkildə ağır ittihamlara məruz qalır. ABŞ mediyası keçmiş prezidenti irqiçilikdə və cəmiyyətdə ayrı – seçkilik salmaqda ittiham edir. Ancaq buna rəğmən Tramp sürətli şəkildə xanım diplomatdan önə keçməyi bacarıb. Tramp Baydenin qarşısına çıxmağı bacararsa bu “ qoca demokrat “ üçün yaxşı heçnə vəd etmir. – Respublikaçılar Partiyasında əsas mübarizə dediyim kimi Donald Tramp və Nikki Heyli arasında gedir. Bu gün Nyu – Hemprişirde həlledici seçki olacaq. Heyli bu seçkidə uduzsa onun artıq Tramp qarşısında heç bir şansı qalmayacaq. Respublikaçılar daxilində hələ bu qədər alternativsiz seçki yarışı olmayıb. Hazırda respublikaçıların 71 faizi Trampı prezident kimi görmək istəyir. Bu partiya tarixində rekord göstəricidir. Tramp dünən gecə Nikkini məğlub edərək Ağ Evə çox yaxınlaşdı. Onun əsas hədəfi bundan sonra sadəcə “ qoca demokrat “ ı məğlub etməkdir. Tramp üçün Baydeni məğlub etməyin elədə çətin olmayacağı qənaətindəyəm. Bunun üçün bir neçə səbəb var.

– 1) Rusiyanın Ukraynada artın fəallığı və Qərbin Ukraynaya normal dəstək verə bilməməsi

2 ) Suriyada Rusiya və İranın Qərbi sıxışdırması

3) Qırmızı dənizdə husilərin ABŞ gəmilərinə artan hücumlar

4) Yaxın Şərqdə İsrailin ABŞ -ın bütün çabalarına rəğmən Qəzzanı işğal siyasəti aparmasə

5) Benyamin Netenyahunun ABŞ -ın təklif etdiyi ” 2 dövlətli həll ” prinsipindən imtina etdiyini açıqlması

6) ABŞ iqdisadiyyatının sürətli şəkildə zəifləməyə başlaması – Bütün bu amillər Trampın gücünü artırır. Əgər süpriz baş verməsi Donald Tramp Co Baydenə təhvil verdiyi AĞ Evi ondan geri alacaq. Ancaq hələ ki, seçkiyə aylar var və bu müddət ərzində baş verənləri gözləmək lazımdır. Baydenin və komandasının üzərinə bu müddətdə çox böyük məsuliyyət düşür.

Zeynal Əmrəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki