ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlara sərf edilən təxminən 30 milyard dolları böyük məbləğ hesab etmədiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
ABŞ prezidenti bildirib ki, İrana qarşı müharibəyə 30 milyard dollar xərclənməsi ilə bağlı səsləndirilən tənqidlər əsassızdır.
“Bir konqresmen deyib ki, o, İrana qarşı bu müharibəyə 30 milyard dollar xərcləyib. Bu, kiçik məbləğdir. Çünki biz təkcə Venesueladan dəfələrlə çox pul qazanmışıq”, – deyə Tramp bildirib.
Qeyd edək ki, iyunun sonlarında Ağ Evin İdarəetmə və Büdcə Ofisinin direktoru Rassel Votel Konqresdə keçirilən dinləmələr zamanı ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara təxminən 30 milyard dollar vəsait xərclədiyini açıqlamışdı.


























