image-reklam-veteninfo
image-1backend

Tramp:“Üçüncü Dünya Müharibəsinin qarşısını yalnız mən ala bilərəm”  

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukrayna ilə bağlı münaqişəni qısa müddətdə həll edə biləcəyini bəyan edib.

“Mən vəzifəyə başlamazdan əvvəl güc yolu ilə sülhü bərpa edəcəyik. Seçkidə qalib gəldikdən dərhal sonra mən Rusiya və Ukrayna arasında nizamlanmaya nail olacağam”, – Tramp Tennessi ştatında xristian konfransında deyib.

Trampın dediyi kimi, üçüncü dünya müharibəsinin başlamasının qarşısını yalnız o ala bilər.

“Biz Üçüncü Dünya Müharibəsinə çox yaxınıq.” -deyə Tramp bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki