image-1backend

Trampın seçkilərdə  qələbəsi Türkiyənin Avropadakı mövqeyini gücləndirəcək- Hürriyet

image-reklam_sirab_01

Donald Trampın ABŞ prezident seçkilərində mümkün qələbəsi Avropa İttifaqını Türkiyə ilə münasibətləri nəzərdən keçirməyə və Avropaya inteqrasiya prosesini aktivləşdirməyə sövq edə bilər. Bu, Ankaranın Avropada mövqelərinin güclənməsinə gətirib çıxaracaq. Vətəninfo.az xəbər verir ki, bu barədə  “Hürriyet” qəzeti yazıb.

“Trampın ABŞ prezidenti vəzifəsinə mümkün seçilməsi, onun NATO ilə bağlı son mübahisəli bəyanatlarını nəzərə alsaq, Türkiyə üçün kritik nəticələrə səbəb ola bilər. Rusiyaya qarşı öz təhlükəsizliyini təmin etməyə çalışacaq Aİ-nin NATO-da ABŞ-dan sonra ikinci ən böyük ordusuna malik Türkiyəni tam inteqrasiya edə bilməyəcəyi ehtimalı azdır. Bu səylər Aİ-də qərar qəbul edənləri Türkiyəyə yeni baxışa vadar etsə, təəccüblü olmayacaq. Belə olan halda Türkiyə ilə Aİ arasında münasibətlərin transformasiyası zərurəti yaranacağı prosesə hazır olmaq lazımdır. Bu ssenari Türkiyənin Avropa qarşısında mövqeyinin güclənməsinə gətirib çıxaracaq”, – “Hürriyet”in şərhçisi Sedat Ergin bildirib.

Onun fikrincə, “Tramp ssenarisi”nin reallaşacağı təqdirdə Türkiyə öz təhlükəsizliyi ilə bağlı bir neçə məsələni nəzərdən keçirməlidir. “Türkiyə NATO Müqaviləsinin 5-ci maddəsinə uyğun olaraq güclü çəkindirmə çətirindən istifadə edir. Əgər belə bir təminat yox olarsa və ya qeyri-müəyyən olarsa, bəlkə də Türkiyə bütün müdafiə doktrinasına yenidən baxmalı olacaq”, – jurnalist vurğulayıb.

Bundan əvvəl Tramp NATO-nun fəaliyyətindən narazılığını ifadə edib və avropalı tərəfdaşların öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti daşımasalar, noyabr seçkilərində qələbə qazanacağı təqdirdə ABŞ-ı Şimali Atlantika Alyansından çıxaracağı ilə hədələyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki