Ermənistan və Türkiyə birbaşa qarşılıqlı ticarətin rəsmiləşdirilməsinə başlayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.
O qeyd edib ki, əvvəllər gömrükdə satışlar texniki olaraq üçüncü ölkələr üçün rəsmiləşdirilirdi, fiziki olaraq isə Ermənistan və Türkiyə arasında mallar başqa yollarla — əsasən Gürcüstan vasitəsilə daşınmağa davam edir.
“Sərhəd məsələsinə gəldikdə, əvvəllər dəfələrlə bildirdiyim kimi, proses o qədər yetişib ki, biz istənilən vaxt sərhədin açılmasına və diplomatik əlaqələrin qurulmasına keçə bilərik”, – Mirzoyan vurğulayıb.


























