image-reklam-veteninfo
image-1backend

Avropa İttifaqı Gürcüstanla vizasız rejimi dayandırmaq İSTƏYİR

image-reklam-veteninfo

Avropa İttifaqı Gürcüstan hakimiyyətinə qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqini müzakirə etməyə hazırlaşır. Bu tədbirlər çərçivəsində Gürcüstan vətəndaşları üçün vizasız rejimin dayandırılması da gündəmə gələ bilər.

Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstanla bağlı bütün mümkün variantları nəzərdən keçirir.

“Hazırda bütün mümkün variantlar masadadır”, – deyə Kallas Brüsseldə keçirilən mətbuat konfransında Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirlərlə bağlı sualı cavablandırarkən qeyd edib.

Aİ rəsmisi bildirib ki, ittifaqa üzv ölkələrin xarici işlər nazirləri yanvar ayında Gürcüstanla bağlı gələcək addımları ətraflı müzakirə edəcəklər.

Bununla yanaşı, Avropa Komissiyasının genişlənmə siyasəti üzrə illik hesabatında da Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin gələcəyinin təhlükə altında ola biləcəyi barədə xəbərdarlıq yer alıb.

Beləliklə, Brüssel və Tbilisi arasında münasibətlərdə yaranmış gərginlik fonunda Gürcüstan üçün vizasız rejimin saxlanılması məsələsi yenidən gündəmə gəlib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki