Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Bakının düşmən işğalından azad edilməsinin 105-ci ildönümü münasibətilə video-çarx hazırlayıb.
Video-çarx Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində paylaşılıb.
Video-çarxda Türkiyə və Azərbaycan Ordularının keçirdiyi birgə təlimlərlə bağlı görüntülər də yer alıb.
Paylaşımda bu ifadələrə yer verilib:”Bakının düşmən işğalından qurtuluşunun 105-ci ildönümü mübarək olsun. Azərbaycan türkü qardaşlarımızı tək qoymayan Nuri (Killigil) Paşanı və onun komandanlığı altında olan Qafqaz İslam Ordusunun qəhrəmanlarını hörmət və rəhmətlə yad edirik. 105 il əvvəl olduğu kimi bu gün də Azərbaycan türkü qardaşlarımızın yanındayıq”.