“Keçən 30 ilin analizi onu göstərir ki, Sovetlər Birliyinin parçalanmasından sonra Türk Birliyi formalaşmağa başladı. Türk dünyasının elm adamları, ziyalıları bu birlik üçün mübarizə aparırdılar.”- bu fikirləri Azərbaycan Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili əlavə edib ki, Türk Birliyinin formalaşması ictimai sifarişdir.
“Dövlət rəhbərləri bu ictimai sifarişi çox əminliklə Türk Dövlət Birliyini formalaşdırdılar. Azərbaycan Türkiyə münasibətlərinə gəldikdə, bu iki dövlət arasındakı münasibət deyil. Bu iki qardaş arasında qurulan bir münasibətdir. “- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomatrealda: